Barmağı qırılan qız azərbaycanlılarla ruslar arasında kütləvi davaya səbəb olub - FOTO
0
0
Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, “BMW X-5”-in sürücüsü rus qız olub.
“Mazda”nın sürücüsü avtomobili arxaya hərəkət etdirərkən “BMW X-5” avtomobili ilə toqquşub. Qəza zamanı “BMW X-5”-in qız sürücüsü huşunu itirib və barmağı qırılıb. O, xəstəxanaya yerləşdirilib. Bu qəza ruslarla azərbaycanlılar arasında iki kütləvi dava-dalaşın baş verməsinə yol açıb.
Qəzadan sonra ruslarla azərbaycanlılar arasında baş verən kütləvi dava-dalaşda 15 nəfər iştirak edib. Hüquq-mühafizə orqanları tezlikdə tərəfləri ayırıb. Ancaq yarım saat sonra hadisə yerinə 60-ya yaxın aqressiv əhval-ruhiyyəli şəxs toplaşıb. Ancaq bu dəfə də polis özünü yetirib. Bununla belə, polis gələnə qədər 1 nəfər xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.
“RİA Novosti” qəza zamanı qızın barmağının birinin qopduğunu və dava-dalaşın da bu səbəbdən baş verdiyini yazıb. Birinci dava-dalaşda 10 rus və 5 azərbaycanlı iştirak edib. Dava-dalaşda xəsarət alan isə qafqazlıdır. O, kəllə-beyin travması alıb. “RİA Novosti” ikinci dava-dalaşın yarım saat sonra yox, gecə yarısı baş verdiyini bildirir. Hüquq mühafizə orqanları tərəfləri 2 saata ayıra bilib.