Xaçmazda kəndə hücum edən canavarlar 58 qoyunu parçaladı
28 aprel 2011 13:24 (UTC +04:00)

Xaçmazda kəndə hücum edən canavarlar 58 qoyunu parçaladı

0
Xaçmaz rayonunun Mehrəliqışlaq kəndinə canavarlar hücum edib. Hadisə aprelin 28-də səhər saatlarında qeydə alınıb. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, yırtıcılar kənd sakini Məhərrəm Tağıyevə məxsus 58 baş qoyunu parçalayıb. Yırtıcılar xırdabuynuzlulardan 38-i öldürüb, 20-ni isə yaralayıblar.

M.Tağıyevin sözlərinə görə, canavarlar sürü şəklində hücum edib.

Xaçmaz Baytarlıq İdarəsinin rəisi Vasif Kəlbəliyev Lent.az-a bildirib ki, yaralanan 20 qoyunun da yaşamaq ehtimalı azdı. Baytarlıq İdarəsi tərəfindən kənddə profilaktik tədbirlər görülüb. Canavarların parçaladığı qoyunlar basdırılıb, yaralı heyvanlara isə quduzluğa qarşı vaksinlər vurulub. Vasif Kəlbəliyev yaralı qoyunların da baytarlıq idarəsinin əməkdaşları tərəfindən mütəmadi yoxlanılacağını, xəstəlik aşkar olunacağı təqdirdə məhv ediləcəyini bildirib.

Zərərçəkən Məhərrəm Tağıyev onu da deyib ki, qoyunları bankdan kreditə götürdüyü 2500 manata alıbmış.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1280

Oxşar yazılar