Cəbhə xəttində dəhşətli olay
28 aprel 2011 18:09 (UTC +04:00)

Cəbhə xəttində dəhşətli olay

0
Bu gün cəbhə xəttinin Cəbrayıl rayonu ərazisindən keçən hissəsinin yaxınlığında, Cocuq Mərcanlı kəndi ərazisində mina partlayıb. Lent.az-ın məlumatına görə, Füzuli rayon sakini, 1963-cü il təvəllüdlü Abbasov Əliqamət Abbas oğlu minaya düşüb.


O, qoyun sürüsünü otararkən ermənilərin yerləşdirdiyi mina partlayıb. Nəticədə 48 yaşlı çobanın ayaqları qırılıb. Təcili xəstəxanaya çatdırılan Füzuli rayon sakininin ayaqları amputasiya olunub.

Qeyd edək ki, mina partlayışını ilk olaraq yaxınlıqda xidmət aparan hərbçilər eşidib. Yaralını da xəstəxanaya məhz hərbiçilər çatdırıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 854

Oxşar yazılar