Yenicə ata olmuş gənc intihar etdi
29 aprel 2011 10:50 (UTC +04:00)

Yenicə ata olmuş gənc intihar etdi

0
Aprelin 28-də Salyan rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, saat 14:00 radələrində Salyan şəhər sakini, 1984-cü il təvəllüdlü Novruzov Ruhid Füzuli oğlu yaşadığı evdə özünü öldürüb. O, evin giriş qapısının çərçivəsindən kəndir keçirərək özünü asıb.


Qeyd edək ki, intihar etmiş gənc yeni ailə həyatı qurubmuş. Yenicə oğlu dünyaya gələn 27 yaşlı atanın hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 812

Oxşar yazılar