Maştağada evləri yaran cinayətkar qrup zərərsizləşdirilib
29 aprel 2011 11:12 (UTC +04:00)

Maştağada evləri yaran cinayətkar qrup zərərsizləşdirilib

0
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda Xeyri Bibixanımın, Fərqanə Alıyevanın, Fətəli Fətəliyevin və Fazil Əzizovun Maştağa qəsəbəsində yerləşən evlərindən oğurluq edən şəxslər tutulub.


Həmin şəxslərə məxsus evləri yarmaqda şübhəli bilinənlər Amid Əliyev, Əkbər Hüseynov və Muraz Qəhrəmanov aprelin tutularaq istintaqa təhvil verilib. Əlavə araşdırmalar aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 544

Oxşar yazılar