Hərbi Komissarlığın daha bir əməkdaşı rüşvətə görə tutuldu
29 aprel 2011 16:52 (UTC +04:00)

Hərbi Komissarlığın daha bir əməkdaşı rüşvətə görə tutuldu

0
Bu barədə APA-ya Bakı Hərbi Məhkəməsində bildirilib. Məlumata görə, komissarlığın çağırış şöbəsinin əməkdaşı Mərbud Məmmədov Respublika Hərbi Prokurorluğu tərəfindən başlanmış cinayət işi ilə əlaqədar məsuliyyətə cəlb edilib.


O, Cinayət Məcəlləsinin 32.5-ci (cinayətdə iştirakçılıq) və 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham olunur.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə M. Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilib.


Qeyd edək ki, bir neçə gün əvvəl Suraxanı və Binəqədi rayonlarının hərbi komissarları rüşvətxorluqda təqsirli bilinərək həbs ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 684

Oxşar yazılar