Füzuli istiqamətində atəşkəs intensiv şəkildə pozulub
0
0
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, düşmən bölmələri aprelin 29-da saat 12.00-dan 12.35-dək, 12.55-dən 13.05-dək, 13.20-dən 13.30-dək, 13.45-dən 14.00-dək, 15.30-dan 15.35-dək, 15.45-dən 15.55-dək, 18.00-dan 18.10-dək və 19.05-dən 19.15-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, aprelin 30-da saat 00.15-dən 00.20-dək və 00.15-dən 00.25-dək Ağdam rayonunun Cəvahirli və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Düşmən bütün hallarda cavab atəşi ilə susdurulub. İtki yoxdur.
Düşmən bütün hallarda cavab atəşi ilə susdurulub. İtki yoxdur.
0
0