İrandan mədəsində heroin gətirən narkotacir saxlanılıb
0
0
Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində İran İslam Respublikasından Azərbaycana piyada gələn AR vətəndaşı Ələsgərov Vüqar Şiraslan oğlunun üzərində şəxsi yoxlama aparılıb. Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, şəxsi yoxlama zamanı Ələsgərov Vüqar Şiraslan oğlunun üzərindən qanunla qadağan edilmiş heç bir şey aşkar edilməyib.
O, yoxlandıqca özünü çox narahat hiss etdiyindən daxili orqanlarını həkim köməkliyi ilə yoxlamaq qərarına gəlinib. Bu məqsədlə o, müşayiət altında Biləsuvar Gömrük İdarəsinin inzibati binasına gətirilib və idarəyə dəvət edilmiş həkimin və hal şahidlərinin iştirakı ilə gömrük nəzarətindən gizlədərək düz bağırsağında saxladığı, polietilendə qablaşdırılmış 3 ədəd ayrı-ayrı polietilen bükümlərdə olan, 2 bükümdə ümumi xalis çəkisi 1,310 qram olan narkotik vasitə heroini və bir bükümdə xalis çəkisi 0,270 qram olan psixatrop maddə - metamfetamin aşkar edilib.