Rusiyaya 40 min 600 dollar aparan Azərbaycan vətəndaşı saxlanılıb
30 aprel 2011 11:46 (UTC +04:00)

Rusiyaya 40 min 600 dollar aparan Azərbaycan vətəndaşı saxlanılıb

0
Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedən 373 saylı “Bakı-Tümen” sərnişin qatarına Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunda keçirilmiş gömrük baxışı zamanı həmin qatarın 5-ci vaqonunun 6-cı yerində sərnişin olan Azərbaycan Respublikası vətəndaşı Hüseynova Bəsti Mənsur qızının əl yüklərinə gömrük baxışı keçirilib. Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, əl çantasının çöl yan cibindən çantanın iç astarının altında gizlədilmiş 391 ədəd və əynindəki xalatın hər iki yan ciblərindən bəyan olunmayan 15 ədəd 100-lük ABŞ dollarları əskinasları aşkar edilərək götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 609

Oxşar yazılar