BDYPİ Salyandakı qəza ilə bağlı məlumat yaydı
0
0
Baş Dövlət Yol Polisi İdarəsi mayın 17-də Salyan rayonu ərazisində baş vermiş ağır yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
İdarənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 17-də saat 08:20-də Ələt-Astara-İran sərhədi yolunun Salyan rayonu ərazisindən keçən 49-cu kilometrliyində İran İslam Respublikasının vətəndaşı, 1963-cü il təvəllüdlü Maghsadghaleh Mohammadtaghı Khosro oğlunun Ələt istiqamətində idarə etdiyi “İnternational” markalı, 15 A 424-10 qeydiyyat nişanlı yük avtomobili qarşı hərəkət zolağına çıxaraq əks istiqamətdə hərəkətdə olan, 1951-ci il təvəllüdlü Salyan rayon sakini Əhmədov Soltan Dadaş oğlunun idarə etdiyi “Qaz-24” markalı, 52 BE 143 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub.
Nəticədə “QAZ-24” markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişin, 1965-ci il təvəllüdlü Salyan rayon sakini Abbasov Farəddin Ağagül oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb. Həmin avtomobildə olan digər sərnişinlər 1983-cü il təvəllüdlü Ədilov Natiq Əzizağa oğlu, 1969-cu il təvəllüdlü İbrahimov Namiq Əmrah oğlu və 1997-ci il təvəllüdlü Abbasov Elvin Farəddin oğlu xəsarət alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsalar da, Elvin Abbasov və Namiq İbrahimov aldıqları xəsarətlərdən xəstəxanada dünyalarını dəyişiblər.