Quldurluqla məşğul olan ata və iki oğlu tutuldu
19 may 2011 12:47 (UTC +04:00)

Quldurluqla məşğul olan ata və iki oğlu tutuldu

0
Mayın 18-də saat 11:00-da Sabunçu rayonu ərazisində, rayon sakinləri Novruz Ərəbov oğlanları Tural və Sənanla birgə həmyerliləri Səmim Əliyevi döyüb, bıçaqla hədələyərək "VAZ-2107" markalı avtomaşınını ondan alıblar.


Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Ərəbov, Tural və Sənan tutulub və avtomaşın sahibinə qaytarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 584

Oxşar yazılar