Hacıqabul sakini qonşusunu güllələyib
0
0
Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumatda bildirilir ki, mayın 22-də gecə şəhərin Xətai küçəsində yaşayan, 1975-ci il təvəllüdlü Bayramov Anar Oqtay oğlu qısqanclıq zəminində qonşusu, 1986-cı il təvəllüdlü Əlizadə Ramil Rahim oğluna tapançadan 3-4 atəş açıb.
R. Əlizadə yaralı vəziyyətdə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Əməliyyat olunan yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağırdır.
A. Bayramov isə hadisə yerindən qaçıb. Onun yaxalanması üçün əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.