Bakı Beynəlxalq Avtovağzalındakı müdhiş fırıldağın üstü açılıb
15 iyun 2011 16:48 (UTC +04:00)

Bakı Beynəlxalq Avtovağzalındakı müdhiş fırıldağın üstü açılıb

0
Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi və Binəqədi RPİ 40-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan qadın tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə axtarışda olan Qəşəng Quliyeva iyunun 14-də tutulub.

Lent.az-ın əldə etdiyi məlumata görə, tutulan qadın bir müddət Bakıda yeni tikilən Beynəlxalq Avtovağzal Kompleksindəki Ticarət Mərkəzinin inzibati şöbə müdiri olub. Kompleksin tikintisi başa çatdırılan vaxt orada yerləşən onlarla mağaza ucuz qiymətə - 1000 manatdan bəzi adamlara satılıb. Sonra isə həmin şəxslərin adlarına sənədləşdirilmiş mağazalar 35-40 min manata başqa sahibkarlara satılıb.

Q.Quliyeva da həmin fırıldaqçılığın iştirakçısı olmaqda və külli miqdarda ziyan vurmaqda şübhəli bilinərək, saxlanılıb.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 687

Oxşar yazılar