Ucarda ağır qəza: 1 ölü, 1 yaralı
16 iyun 2011 13:08 (UTC +04:00)

Ucarda ağır qəza: 1 ölü, 1 yaralı

0
Bakı-Qazax yolunun 218-ci km-də ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Müsüslü kəndinin ərazisində Bakı şəhər sakini Qalib Qədirli “Lada-Kalina” markalı avtomobili qarşıda gedən Ucar rayon sakini Ramil Saatovun idarə etdiyi traktora vurub.


Nəticədə Q.Qədirli hadisə yerində ölüb. Xəsarət alan Ramil Saatov isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı BDYPİ-nin İstintaq İdarəsində cinayət işi açılıb.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 760

Oxşar yazılar