Azərbaycan yazıçısı Moldovada saxlanıldı
17 iyun 2011 14:04 (UTC +04:00)

Azərbaycan yazıçısı Moldovada saxlanıldı

0
Azərbaycanlı yazıçı Eduard Bağırov Moldovada saxlanılıb. Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, onun saxlanmasına səbəb 2009-cu ildə Kişinyovda baş verən kütləvi çaxnaşmalarda iştirak etməsidir. Yazıçı bu çaxnaşmaların təşkilində şübhəli bilinir.

Eduard Bağırov 3 günlük saxlanılıb. Saxlanma müddətinin uzadılması qərarı prokuror tərəfindən qəbul olunacaq.

“The New Times”ın müxbirinin məlumatına görə isə, Moldova DİN-i E. Bağırovun saxlanılması xəbərini təsdiq etməyib. Bildirilib ki, yazıçı prokurorluğa ifadə vermək üçün gedib.

Eduard Bağırov 2007-ci ildə nəşr olunan “Qastarbayter” romanı ilə məşhurlaşıb. Eyni zamanda litprom.ru layihəsinin yaradıcılarından biridir. Onun Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğu bildirilir. Qeyd edək ki, AYB-dən E.Bağırovun Birliyin üzvü olması və həbsi ilə bağlı hər hansı məlumat almaq mümkün olmadı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 541

Oxşar yazılar