Bakıda 26 yaşlı oğlan öldürülüb
20 iyun 2011 10:09 (UTC +04:00)

Bakıda 26 yaşlı oğlan öldürülüb

0
İyunun 19-da Bakıda qətl hadisəsi baş verib. Səbail rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, saat 19:20 radələrində E.İsmayılov küçəsi 17 saylı evin qarşısında 1986-cı il təvəllüdlü Almuradov Eyvaz Yaqub oğlu 1985-ci ildə anadan olmuş Namazov Arzuman Mehralı oğlunu bıçaqlayıb.

E.Almuradov A.Namazovun ürəyinə bıçaqla bir zərbə endirib. Ürəyindən bıçaqlanan 26 yaşlı gənc hadisə yerindəcə ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə iş başlanılıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 620

Oxşar yazılar