Daha bir rayonun polis rəisi dəyişdi
0
0
APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Oğuz Rayon Polis Şöbəsinin rəisi İmaməddin Abbasov tutduğu vəzifədən azad edilib. Nazirin digər əmri ilə Göygöl Rayon Polis Şöbəsinin rəis müavini Habil Əmiraslanov Oğuz rayonuna polis rəisi təyin edilib. İ. Abbasovun isə sərəncamda olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
0
0