17 yaşlı oğlan atasını xüsusi amansızlıqla öldürüb
0
0
Azərbaycan paytaxtında dəhşətli qətl törədilib. Bu barədə APA-ya Nərimanov Rayon Prokurorluğundan bildirilib. Hadisə ötən gecə rayonun Atatürk prospekti, 3 saylı ünvanda yerləşən binada baş verib. Həmin ünvanda yaşayan 17 yaşlı Rəcəb Şumalov ailə münaqişəsi zəmində atası, 51 yaşlı Cahandar Şumalovu bıçaqlayıb. Nəticədə çoxsaylı bıçaq zərbələri alan C.Şumalov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Hadisəni törədən R. Şumalov saxlanılıb.
Baş vermiş hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Baş vermiş hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
0
0