Quba rayonunda biçilmiş taxıl sahələri yanır
0
0
APA-nın şimal bürosunun məlumatına görə, rayonun Digah və Alpan kəndləri ərazisində 50 hektardan çox ərazidə yanğın baş verib. Yanğın baş verən əraziyə Quba və ətraf rayonların yanğınsöndürən briqadaları cəlb olunub. Lakin havanın isti olması yanğınsöndürənlərin işinə ciddi maneçilik törədir. Hazırda davam edən yanğın daha geniş ərazini əhatə etməkdədir. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.
0
0