47 yaşlı məcburi köçkün günvurmadan öldü
0
0
Bərdə şəhəri ərazisində kişi meyiti tapılıb. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Bərdə şəhəri, Köhnə Avtovağzal adlanan ərazidə, Tərtər çayının sol sahilindəki qamışlıqda naməlum kişi meyiti aşkarlanıb.
Araşdırmalar nəticəsində məlum olub ki, ölən şəxs Laçın rayonundan məcburi köçkün, Bərdənin Kələntərli qəsəbəsində yaşayan 1964-cü il təvəllüdlü Mehdiyev Mehdi Qaryağdı oğludur. Meyit müayinə üçün ekspertizaya göndərilib. İlkin ehtimala görə, 47 yaşlı M.Mehdiyev günvurmadan ölüb.
Qeyd edək ki, ölən şəxs yaxınlıqdakı bazarda qarovulçu işləyirmiş.
Nizam RZA