Qubadakı yanğının söndürülməsinə 11 texnika cəlb edilib
02 avqust 2011 18:28 (UTC +04:00)

Qubadakı yanğının söndürülməsinə 11 texnika cəlb edilib

0
Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Digah kəndində biçilmiş taxıl sahəsinin yanması və yanğının genişlənərək, Alpan kəndindəki yaşayış evlərinə keçmə ehtimalının olması barədə məlumat daxil olub. Nazirliyin 80 nəfərə qədər canlı qüvvəsi və 11 ədəd texnikası dərhal hadisə yerinə cəlb edilib. Alpan kəndi və həmin ərazidən keçən yüksək gərginlikli elektrik xətləri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə edilib. Ümumi sahəsi 80-90 ha təşkil edən yanğın saat 16:10-da söndürülüb.


Hazırda Nazirliyin müvafiq qüvvələri tərəfindən müşahidə olunan xırda tüstülənmələrin söndürülməsi istiqamətində müvafiq iş aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 573

Oxşar yazılar