Lökbatan sakininin maşınını parça-parça etdilər
0
0
Qaradağ rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1984-cü ildə Şamaxıda anadan olmuş, hazırda Lökbatan qəsəbəsində yaşayan Hacıalıyev Elvin Emin oğlu ərizə ilə müraciət edib. 27 yaşlı oğlan ərizəsində özünə məxsus “VAZ 2107” markalı avtomobilin oğurlandığını göstərib.
Aparılan axtarış tədbirləri nəticəsində gün ərzində maşını tapmaq mümkün olub. Lakin avtomobilin ehtiyat təkəri, maqnitofonu, sükanı, həmçinin orada olan digər əşya və sənədlər yerində tapılmayıb.
Hazırda oğurluğu törətmiş şəxs və ya şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.