Bakıda iki yeniyetmə “Tofaş”ın altında qaldı:1 ölü, 1 yaralı
03 avqust 2011 11:23 (UTC +04:00)

Bakıda iki yeniyetmə “Tofaş”ın altında qaldı:1 ölü, 1 yaralı

0
Avqustun 3-nə keçən gecə Bakıda 2 piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş veib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Nobel prospektində paytaxt sakini 1980-ci il təvəllüdlü Quliyev Rəşad Nazim oğlu idarə etdiyi “Tofaş” markalı avtomobillə yol keçmək istəyən iki yeniyetməni vurub.

Nəticədə piyadalardan 1997-ci il təvəllüdlü Məmmədov Qismət Şahid oğlu hadisə yerində ölüb, digər piyada, onun əmisi oğlu 17 yaşlı Məmmədov Tamerlan Ariz oğlu isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 613

Oxşar yazılar