Ağcabədidə dayı iki bacıoğlusunu güllələdi
03 avqust 2011 12:08 (UTC +04:00)

Ağcabədidə dayı iki bacıoğlusunu güllələdi

0
Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Ağcabədi şəhər sakini 1941-ci il təvəllüdlü Rasim Məmmədov bacısı oğlanları Elçin və Natiq Məmmədovları güllələyib. O, qoşalülə tüfənglə iki qardaşa atəş açıb. Güllə E.Məmmədova başından, Natiqə isə qolundan dəyib. Hər iki yaralı ağır vəziyyətdə Bakıya çatdırılıb.


R.Məmmədov isə həbs olunub. Onun yaxın qohumlarına ailə münaqişəsi zəminində silah çəkdiyi bildirilir.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 503

Oxşar yazılar