Şeyxin qudası həbsdən buraxıldı
03 avqust 2011 15:03 (UTC +04:00)

Şeyxin qudası həbsdən buraxıldı

0
Azərbaycanda fəaliyyət göstərən və bir müddət əvvəl İspaniyada həbs olunan türkiyəli iş adamı Əli Evsən azadlığa buraxılıb. Lent.az xəbər verir ki, bu barədə ilk məlumatı avqustun 2-də musavat.com məlumat yayıb.


Avqustun 3-də Milli Məclisin deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə jurnalistlərə açıqlamasında məlumatı təsdiqləyib. Millət vəkili hesab edir ki, ədalət yerini tapıb: “Haqq-ədalət öz yerini tapdı. Əli Evsənin günahsızlığı sübut olunduğu üçün İspaniya hüquq-mühafizə orqanları onu azadlığa buraxmağa məcbur olub”.

O, Əli Evsənin azadlığa buraxılması üçün heç bir girov ödəmədiyini də vurğulayıb.


Qeyd edək ki, iyunun 19-da saxlanılan Əli Evsən də Hacı Allahşükür Paşazadənin qudasıdır. Əli Evsən Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin ən yaxın adamları ilə birgə çirkli pulların yuyulmasında, rüşvət verməkdə və başqa cinayətlərdə təqsirləndirilib.

İspaniya hüquq-mühafizə orqanları iş adamının azadlığa buraxılması üçün 18 milyon avro girov tələb edirdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 506

Oxşar yazılar