Yanğın 1000 hektarı bürüdü: nazir müavini hadisə yerindədir
03 avqust 2011 18:03 (UTC +04:00)

Yanğın 1000 hektarı bürüdü: nazir müavini hadisə yerindədir

0
Siyəzəndə baş verən yanğının söndürülməsinə ətraf rayonlardan texnika və 2 helikopter cəlb olunub

Siyəzən rayonunda dağlıq ərazidə başlayan yanğın davam edir. Yanğının qarşısını almaq hələ ki mümkün olmayıb. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə yerinə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev də gəlib.

Qeyd edək ki, otlaq sahəsində başlayan yanğın, güclü külək səbəbindən sürətlə yayılıb. Yanğının söndürülməsinə FHN-in canlı qüvvəsi və Siyəzən, Şabran, Xaçmaz, Sumqayıt şəhərlərindən texnika, o cümlədən 2 helikopter cəlb edilib.

Yanğın nəticəsində xəsarət alan olmayıb. Yaxınlıqda yerləşən fermalar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğının meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

Son məlumata görə, yanğının ümumi sahəsi, təxminən 900-1000 hektar ərazini təşkil edir. Bu barədə Lent.az-a Siyəzən rayon icra hakimiyyəti başçısının Beş Dam İnzibati Ərazi Vahidliyinin nümayəndəsi Eyvaz Manafov bildirib. Onun sözlərinə görə, yanan ərazilər vətəndaşlara məxsus pay və örüş torpaqlarıdır.

Hazırda nazirliyin aidiyyəti qüvvələri tərəfindən yanğının söndürülməsi istiqamətində müvafiq iş aparılır.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 617

Oxşar yazılar