Bakıda iş adamından haqq tələb edən dəstə ələ keçirilib
04 avqust 2011 12:48 (UTC +04:00)

Bakıda iş adamından haqq tələb edən dəstə ələ keçirilib

0
Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, paytaxt sakinləri Kənan Məmmədov, Vüqar Əliyev, Məhəmməd Məmmədov, Taleh Nəcəfov, Əlövsət Orucov, Əlizamin Niyazov Qaradağ rayonu ərazisində fəaliyyət göstərən daş karxanasının sahibi Akif Məmmədovdan bir ay ərzində 30 min manat pul verməsini tələb edib. Həmin şəxslər A.Məmmədovdan 5 min manat alıblar. Lakin məsələdən xəbər tutan hüquq-mühafizə orqanları dəstənin planını sona çatdırmasına imkan verməyib. 6 nəfərin hamısı həbs olunub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 627

Oxşar yazılar