Sumqayıtda avtobus oğurlayan iki nəfər tutulub
0
0
Avqustun 3-nə keçən gecə Sumqayıt şəhəri ərazisindən Qubadlı rayon sakini Kamran İdrisova məxsus “Ford Tranzit” markalı mikroavtobus qaçırılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin 722 saylı Daimi Postunda xidmət aparan əməkdaşlar tərəfindən həmin avtomaşını idarə edən Gürcüstan vətəndaşları Murad Ağayev və Polad Allahverdiyevi saxlayıb.
Hər iki şəxs aidiyyatı üzrə təhvil verilib.
Hər iki şəxs aidiyyatı üzrə təhvil verilib.
0
0