Azərbaycanda yol polisi kütləvi reydlərə başlayıb
04 avqust 2011 16:40 (UTC +04:00)

Azərbaycanda yol polisi kütləvi reydlərə başlayıb

0
Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər Dövlət Yol Polisi İdarəsi kütləvi reydlərə başlayıb. Bu barədə Lent.az-a verilən məlumata görə, reydlərin əsas məqsədi piyadaların təhlükəsiz hərəkətini təmin etməkdir. Reydlər zamanı piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərdə, avtosalonların qarşısında, yanacaqdoldurma məntəqələrinin ətraflarında və digər ərazilərdə əhalinin gediş-gəlişinə mane olan bütün nəqliyyat vasitələri yığışdırılacaq. Yol polisi evakuasiya maşınları ilə bütün ərazilər artıq avqustun 3-dən gözdən keçirməyə başlayıb və onlarla qayda pozan nəqliyyat vasitəsi müvəqqəti saxlanma dayanacağına aparılıb.

Lent.az-a verilən məlumatda həmçinin bildirilib ki, avtoxiliqanlara qarşı mübarizənin miqyası da artırılacaq və ölkənin rayonlarında da belə hallara qarşı sərt tədbirlər həyata keçiriləcək. Bu məqsədlə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları rayonlara ezam olunacaq və bu işə şəxsən nəzarət edəcəklər.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 499

Oxşar yazılar