Milli Ordunun əsgəri günvurmadan ölüb
08 avqust 2011 11:17 (UTC +04:00)

Milli Ordunun əsgəri günvurmadan ölüb

0
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar respublikasında yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 2011-ci ildə Babək Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1990-cı il təvəllüdlü Saməddin Mətləb oğlu Quliyev naməlum şəraitdə dünyasını dəyişib. Onun günvurmadan öldüyü bildirilir.


Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya əsgərin ölüm faktını təsdiqləyib. O, qeyd edib ki, hazırda əsgərin ölümünün səbəbləri araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 467

Oxşar yazılar