Məcburi köçkünlər su üstündə bir-birinin qanını tökdü: 2 yaralı
0
0
Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Qasımbəyli kəndi ərazisindəki qum-çınqıl karxanasında məskunlaşmış Ağdam rayonundan məcburi köçkün olan 1955-ci il təvəllüdlü Əliyev Haqverdi Məmməd oğlu qonşusu, Ağdərə rayonunda anadan olmuş 1984-cü il təvəllüdlü Almazov Zahir Zabil oğlunu bıçaqlayıb. O, 27 yaşlı oğlana 3 bıçaq zərbəsi endirib. Z.Almazov isə öz növbəsində H.Əliyevə bıçaqla ağır xəsarət yetirib. Z.Almazov Bərdə rayon, H.Əliyev isə Ağdam rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Məlumata görə, bıçaqlaşmaya qonşuların yaşadıqları karxanaya su çəkdirmək üstə yaranmış mübahisə səbəb olub. Almazovların H.Əliyevin su gətirdiyi arxdan kiçik kanal atdırması qarşı tərəfi hiddətləndirib və ailəsi ilə birgə qonşunun üstünə gedib. Ailələr karxananın həyətində qarşılaşıblar və bir-birlərinə daş-kəsək, həmçinin ağac budaqları ilə xəsarətlər yetiriblər. Lakin mübahisə bununla yekunlaşmayıb. Ailə başçıları bir-birinə bıçaqla hücum edib. Hər iki yaralı yaxınlarının köməkliyi ilə müxtəlif xəstəxanalara aparılıb.
Faktla əlaqədar Bərdə RPŞ-da araşdırma aparılır, müvafiq ekspertizalar təyin olunub.
Nizam RZA