DİN və Baş Prokurorluq iki qətllə bağlı birgə məlumat yaydı
08 avqust 2011 16:38 (UTC +04:00)

DİN və Baş Prokurorluq iki qətllə bağlı birgə məlumat yaydı

0
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2011-ci il avqustun 2-də Quba rayonunun Xucbala kənd sakini Rəşid Xudaverdiyev Xaçmaz Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, onunla birgə yaşayan oğlu Cümşüd iyulun 30-da özünə məxsus "Hyundai-Santafe" markalı avtomaşınla evdən çıxıb və geri qayıtmayıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində C.Xudaverdiyevin bıçaqla qətlə yetirilmiş meyiti həmin gün Nabran kəndindən Tel kəndinə gedən yolun kənarından tapılıb. Faktla bağlı başlanmış cinayət işi üzrə prokurorluq və daxili işlər orqanları əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində cinayəti tamah məqsədi ilə törətmiş Qəbələ rayon sakini Sərxan Fərzəliyev tutularaq istintaqa cəlb edilib.


Daha bir ağır cinayət hadisəsi Xızı rayonunda qeydə alınıb. Avqustun 5-də rayonun Yarımca kəndi ərazisindəki otlaq sahəsində, Altıağac qəsəbəsinin sakini Yusif Əliyevin odlu silahdan açılmış atəşlə qətlə yetirilmiş meyiti aşkar olunub. "İsti izlər"lə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində qətli törətmiş Hikmət Əliyev tutulub və ondan cinayətin aləti olan 1 ədəd ov tüfəngi götürülüb. Hər iki fakt üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 568

Oxşar yazılar