Daş karxanasında növbəti ölüm hadisəsi
09 avqust 2011 09:57 (UTC +04:00)

Daş karxanasında növbəti ölüm hadisəsi

0
Qaradağ rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Güzdək qəsəbəsi ərazisindəki mişar daşı karxanasında 1978-ci ildə Yardımlı rayonunun Bülzünbül kəndində anadan olmuş Cavadov Zöhrəli Əlizadə oğlunu yüksək gərginlikli elektrik cərəyanı vurub.

33 yaşlı kişi 380 voltluq elektrik naqilini təmir edərkən bədbəxt hadisə ilə üzləşib və yerindəcə keçinib.

Faktla əlaqədar araşdırmalar davam etdirilir.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 495

Oxşar yazılar