Hacıqabulda dəhşətli partlayış: sərnişin avtobusu və minik avtomobilləri yanır
Bu gün saat 15 radələrində Hacıqabul rayonu ərazisində, Bakı-Qazax yolunun, Padarçöl kəndi ərazisindən keçən hissəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib. Məlumatı Lent.az-ın hadisə yerində olan əməkdaşı verib.
Hacıqabul rayon Polis Şöbəsindən Lent.az-a bildirilib ki, yanacaqdaşıyan maşından məntəqənin bazasına benzin vurularkən qəfil yanğın başlayıb və partlayış olub. Nəticədə yanacaq daşıyan maşın ikiyə bölünüb. Həmin vaxt məntəqədə yanacaq götürən bir neçə minik avtomobili, həmçinin içi sərnişinlə dolu avtobus alışıb. İlkin məlumata görə, 30 nəfərə yaxın yaralı var. Ölənlərin olduğu da istisna edilmir.
Yoldan keçən maşınlar dayanaraq yaralılara kömək etməyə çalışırlar. Əraziyə çoxsaylı təcili yardım və yanğınsöndürmə maşınları göndərilib.
Hadisənin təfsilatlarını Lent.az-da izləyin...
Nizam RZA

Oxşar yazılar

Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü
2 avqust 2025 , 21:22
Astarada tur rəhbəri dağda yıxılıb öldü
2 avqust 2025 , 21:16
Evə eyvandan girib boşanmaq istəyən arvadını öldürdü
2 avqust 2025 , 19:33
Jurnalistə qarşı dələduzluqla bağlı məhkəmədən QƏRAR
2 avqust 2025 , 18:49
Kür çayında yeniyetmə boğuldu
2 avqust 2025 , 18:42
Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb öldü
2 avqust 2025 , 17:14
Sabirabadda azyaşlıya qarşı əxlaqsızlıq edən 64 yaşlı kişi saxlanıldı
2 avqust 2025 , 16:53