Hacıqabuldakı partlayış yerinə helikopterlər cəlb edilib
09 avqust 2011 16:31 (UTC +04:00)

Hacıqabuldakı partlayış yerinə helikopterlər cəlb edilib

0
Hacıqabul rayonu ərazisində baş vermiş dəhşətli partlayışın bəzi təfərrüatları məlum olub. Hadisə yerində olan hüquq-mühafizə orqanlarının nümayəndələrini Lent.az-a verdiyi məlumata görə, qəzaya səbəb olmuş yanacaqdoldurma maşınında xüsusi təhlükəli maddə olan propan daşınırmış. Odur ki, partlayışın miqyası həddindən artıq geniş olub.


Məlumatda həmçinin bildirilir ki, həmin vaxt məntəqədə olan Bakı-Gəncə marşrutu üzrə işləyən “İkarus” markalı avtobus, 5 minik və 1 yük maşını tamamilə yanaraq kül olub. Hadisə yerində Hacıqabuldan və ətraf rayonlardan 10-dan çox yanğınsöndürən avtomobil və iki helikopter cəlb edilib. Yaralıların bir neçəsi Hacıqabul rayon Mərkəzi Xəstəxanasına, əksəriyyəti isə Şirvan şəhər Xəstəxanasına aparılıb.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 541

Oxşar yazılar