Hacıqabuldakı partlayışda 4 nəfər ölüb, 8 nəfər yaralanıb
09 avqust 2011 16:49 (UTC +04:00)

Hacıqabuldakı partlayışda 4 nəfər ölüb, 8 nəfər yaralanıb

0
Hacıqabul rayonu ərazisində baş vermiş dəhşətli partlayış hadisəsi nəticəsində ölən və yaralananların sayı məlum olub. Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, 4 nəfər hadisə yerində ölüb. 8 nəfər ağır vəziyyətdə xəstəxanalara göndərilib. Xeyli sayda isə yüngül xəsarət almış şəxslər var.


Qeyd edək ki, hadisə bu gün saat 15 radələrində Bakı-qazax magistralının Padarçöl kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin ehtimala görə, yanğına propan daşıyan avtomobilin törətdiyi qəza səbəb olub. Hadisə yerinə çoxlu yanğınsöndürən, həmçinin 2 helikopter göndərilib. Bakı-Qazax yolu bağlanıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 640

Oxşar yazılar