Ermənilər cəbhəboyu atəşkəsi pozub
11 avqust 2011 10:20 (UTC +04:00)

Ermənilər cəbhəboyu atəşkəsi pozub

0
Cəbhə xəttində atəşkəsin ermənilər tərəfdən pozulması davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 10-da saat 10.02-dən 10.07-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 10.00-dan 10.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 13.50-dən 14.00-dək və 14.05-dən 14.10-dək Ağdam rayonunun Sarıcalı və Şuraabad kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 13.10-dan 13.35-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, avqustun 11-da saat 03.55-dən 04.05-dək Füzuli rayonunun Horadiz və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 528

Oxşar yazılar