Yük maşını 10 yaşlı qızın üstündən keçdi
0
0
Ucar rayonunda dəhşətli hadisə baş verib. Baş dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İstintaq Şöbəsindən Lent.az-a verilən məlumata görə, rayonun Pirkənd kəndi ərazisində “KamAZ” markalı yük avtomobili 2001-ci il təvəllüdlü Turanə Bədrəddinovanın üstündən keçib. Hadisə Bakı-Qazax magistralında qeydə alınıb. Yolun kənarında dayanan yük arxaya hərəkət edərkən 10 yaşlı qız təkərlərin altında qalıb. Azyaşlı aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla əlaqədar BDYPİ-nin İstintaq Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Nizam RZA
Faktla əlaqədar BDYPİ-nin İstintaq Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Nizam RZA
0
0