İslam Partiyasının sədr müavini tutuldu
0
0
Azərbaycan İslam Partiyasının (AİP) təşkilatı məsələlər üzrə sədr müavini Arif Qəniyev saxlanılıb.
Partiyadan APA-ya verilən məlumata görə, A. Qəniyev ötən gün saat 20.00 radələrində Sumqayıt şəhərində yaşadığı binanın qarşısında özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Saxlanılan zaman A. Qəniyev oğlu ilə birgə olub. A. Qəniyevin saxlanmasının səbəbləri məlum deyil.
Məlumatda o da bildirilib ki, artıq A. Qəniyev vəkillə təmin olunub. Partiya funksionerinin harada saxlandığı isə bəlli deyil.
Partiya sədrinin müavini Hacı Akif Heydərli isə deyib ki, hələlik vəkili A. Qəniyevlə görüşməyib.
APA-nın digər məlumatına görə, “İslam-azeri.az” internet qəzetinin baş redaktoru Ramin Bayramov da həbs olunub. Vəkil Elçin Namazov bildirib ki, R. Bayramov avqustun 11-də saxlanılıb: “Guya onun üzərində axtarış aparıb və üzərindən narkotik vasitə götürüblər. Dünən onun Xırdalan şəhərində yerləşən mənzilində axtarış da aparılıb. Mənzilindən isə tapança, yeddi ədəd güllə və daraq çıxıb”.
Elçin Namazov Ramin Bayramovun barəsində hələlik həbs-qətimkan tədbirinin seçilmədiyini bildirib.