Dərnəgüldə “07” iki piyadanı vurdu: 1 ölü, 1 yaralı
0
0
Nərimanov rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Dərnəgül yolu adı ilə tanınan Ziya Bünyadov prospektində Taleh Rizvanov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə iki nəfəri vurub. Nəticədə piyadalar - 1963-cü il təvəllüdlü Bakı şəhər sakini Aypara Süleymanova və 1963-cü ildə anadan olmuş Xırdalan şəhər sakini Ceyhun Cəlilov 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Yaralılardan A.Süleymanova xəstəxanada ölüb. C.Cəlilovun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla əlaqədar Nərimanov RPİ-də cinayət işi açılıb, istintaq aparılır.
Nizam RZA
Yaralılardan A.Süleymanova xəstəxanada ölüb. C.Cəlilovun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla əlaqədar Nərimanov RPİ-də cinayət işi açılıb, istintaq aparılır.
Nizam RZA
0
0