Bakıda dəhşətli qəza: 2 ölü, 2 yaralı
0
0
Bu gün saat 08 radələrində Bakıda ağır yol qəzası baş verib. Xətai rayon Polis İdarəsinin hadisə yerində olan əməkdaşlarının Lent.az-a verdiyi məlumata görə, Nobel prospekti 67 saylı binanın qarşısında, 1965-ci il təvəllüdlü Musadirov Aydın Qafar oğlunun idarə etdiyi “VAZ 2106” yoldan çıxıb. Hərəkətin əks istiqamətinə keçən avtomobil həmin hissədə hərəkət edən Şirvan şəhər sakini, 1988-ci il təvəllüdlü Behbudzadə Elçin Xanbala oğlunun sürdüyü “Mercedes”ə çırpılıb.
Nəticədə “VAZ 2106”-da olan iki nəfər - 50-60 yaşlı kişi və 35-40 yaşlı qadın hadisə yerində ölüb. A.Musadirov isə ölümcül vəziyyətdə Kliniki Tibbi Mərkəzə aparılıb.
Sürücünün vəziyyətinin kritik olduğu bildirilir.
“Mercedes”in sürücüsü 23 yaşlı E.Behbudzadə isə nisbətən yüngül xəsarətlərlə canını qurtarıb. Hadisə şahidlərinin bildirdiyinə görə, “VAZ 2106” yüksək sürətlə hərəkət edirmiş və aşandan sonra sürünərək “Mercedes”ə çırpılıb.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.
Nizam RZA