Bakıda 38 yaşlı qadın 11 bıçaq zərbəsi ilə öldürüldü
0
0
Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Biləcəri qəsəbəsində 1973-cü il təvəllüdlü Məsiyeva Vəfa Səmərqənd qızı yaşadığı mənzilin qarşısında, küçədə naməlum şəxs tərəfindən amansızlıqla qətlə yetirilib. Naməlum şəxs 38 yaşlı qadının bədəninin müxtəlif nahiyələrinə 11 bıçaq zərbəsi endirərək, onu öldürüb.
İlkin ehtimallara görə, qadını həyat yoldaşı qətlə yetirib. İstintaq sirri olduğundan həmin şəxsin adı açıqlanmır. Hazırda onun tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.
Nizam Rza