Arvadını və qaynını öldürən şəxs Xırdalanda tutuldu
0
0
Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, hadisəni törədən Xanlar Məmmədov avqustun 12-də Xırdalan şəhəri ərazisində yaxalanıb. O, ilkin dindirilmə zamanı törətdiyi əməli etiraf edib.
Hadisə 3 ay əvvəl İsmayıllı şəhərində baş verib. Rayonun mərkəzində yaşayan 1972-ci il təvəllüdlü Vəliyeva Dilarə İbrahim qızı küt alətlə vurularaq, qətlə yetirilib. Onun qardaşı, 1957-ci il təvəllüdlü Vəliyev Ələkbər İbrahim oğlu isə yaralı vəziyyətdə aşkarlanıb. O, xəstəxanaya yerləşdirilib. Lakin Ə.Vəliyevin də həyatını xilas etmək mümkün olmayıb.
İlkin ehtimal kimi hadisənin X.Məmmədov tərəfindən törədilməsi müəyyən olunsa da, şübhəli şəxs gizləndiyindən onu tutmaq mümkün olmayıb. Bu müddət ərzində ölkədən çıxmaq arzusu da reallaşmayan X.Məmmədov, nəhayət, 3 ay sonra ələ keçib.
Qeyd edək ki, X.Məmmədov D.Vəliyeva ilə qeyri-rəsmi nikahda olub.
Nizam RZA