3 uşaq atası daş karxanasında faciəli şəkildə öldü
15 avqust 2011 10:08 (UTC +04:00)

3 uşaq atası daş karxanasında faciəli şəkildə öldü

0
Xaçmaz rayonunda bədbəxt hadisə baş verib. Rayonun Maşıoba kəndində yerləşən daş karxanasında çilingər işləyən Hacıqabul rayonu, Nəvai kənd sakini 1973-cü il təvəllüdlü Fizuli Həşimov yük maşınının altında qalaraq dünyasını dəyişib. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, onun meyiti tibbi ekspertizadan keçirilməsi üçün morqa gətirilib.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət araşdırma aparılır.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 624

Oxşar yazılar