22 yaşlı qadın ərini baltalayıb öldürdü
15 avqust 2011 10:37 (UTC +04:00)

22 yaşlı qadın ərini baltalayıb öldürdü

0
Ağdaş rayonunda qətl hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Bulaqotağı kəndində qeydə alınıb.

Kənd sakini 1989-cu il təvəllüdlü Zeynalova Rəsmiyə Mövləddin qızı özündən 19 yaş böyük olan və qeyri-rəsmi yaşadığı həyat yoldaşı 1970-ci il təvəllüdlü Qarayev Tərlan Eyyub oğlunu balta ilə qətlə yetirib. Məlumata görə, qadın yatmış həyat yoldaşının boğazını balta ilə kəsib.

R. Zeynalova tutularaq istintaqa təhvil verilib. Faktla bağlı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 731

Oxşar yazılar