Şəmkirdə ağır qəza: 3 qohum öldü
0
0
Şəmkir rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Şəmkir – Gədəbəy yolunun 14-cü kilometrliyində minik avtomobili “Belarus” markalı traktora çırpılıb və aşıb.
1964-cü il təvəllüdlü Yusubov Akif Məhəmməd oğlunun idarə etdiyi 29 BA 208 nömrə nişanlı “VAZ 2106” 1964-cü ildə anadan olmuş Quliyev Fazil Qərib oğlunun sürdüyü traktorun qoşqusuna çırpılıb. Nəticədə “VAZ 2106”-nın sürücüsü A.Yusubov, həmçinin onun qohumları, sərnişinlər - 1983-cü il təvəllüdlü Yusubov Mərdan Zakir oğlu və 1972-ci ildə anadan olmuş İsmayılov Azər Tapdıq oğlu hadisə yerində ölüb. Traktorun sürücünə isə heç nə olmayıb.
Faktla bağlı Şəmkir RPŞ-da cinayət işi başlanılıb. Araşdırma aparılır.
Nizam RZA