Rusiyadan Azərbaycana gələn avtobus qəzaya uğrayıb
15 avqust 2011 11:35 (UTC +04:00)

Rusiyadan Azərbaycana gələn avtobus qəzaya uğrayıb

0
Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Hadisə bu gün səhər saat 06.00 radələrində Şabran rayonu ərazisində qeydə alınıb. Kazan-Bakı istiqamətində hərəkət edən “Mercedes” markalı sərnişin avtobusu Şabran çayı üzərindən keçərkən qəzaya uğrayıb. Nəticədə avtobusda olan sərnişinlərdən 7 nəfər xəsarət alıb. Onlar Şabran Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

İlkin məlumata görə, qəzaya avtobusun təkərinin partlaması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 654

Oxşar yazılar