Polis yüksək səslə musiqi dinləyən sürücünü saxlayıb güllələdi – TƏFƏRRÜAT
0
0
Şəhərin hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz rayon Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Məmmədov Eldəniz İbrahim oğlu xidməti “Makarov” tapançası ilə 1984-cü il təvəllüdlü Məmmədov Rövşən Cəmil oğlunu güllələyib. İkinci xəstəxanaya yerləşdirilib.
Lent.az-a verilən məlumatda bildirilir ki, polis baş leytenantı E.Məmmədov Gəncənin Heydər Əliyev prospektində bir neçə şəxslə dayanıbmış. Həmin vaxt R.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə onların yanından keçirmiş. Sürüsü maşında həddən artıq yüksək səslə musiqiyə qulaq asırmış. E.Məmmədov “Mercedes”i saxlayıb və sürücü ilə mübahisə edib. Nəticədə xidməti silahı ilə R.Məmmədova atəş açıb. İlkin məlumatda insident vaxtı E.Məmmədovun yanındakı digər polis nəfəri Ələsgərov Maarif Akif oğlunun da xəsarət aldığı bildirilsə də, bu məlumat təsdiqini tapmayıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə iş başlanılıb. E.Məmmədov saxlanılıb.
Nizam RZA