Azərbaycanda 9 nəfər bədbəxt hadisənin qurbanı olub
15 avqust 2011 14:01 (UTC +04:00)

Azərbaycanda 9 nəfər bədbəxt hadisənin qurbanı olub

0
Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisələrdən 3-ü Salyan rayonunda olub və nəticədə 5 nəfər ölüb.
Məlumata görə, Bərdə rayonunun Təhlə kəndi ərazisindəki fermada, orada yaşayan Ağdam rayon sakini Ələkbər Quliyevi ehtiyatsızlığından elektrik cərəyanı vurması nəticəsində ölüb. Salyan rayonunun Kürsəngi kəndində isə kənd sakini Bəhruz Ağayev həyətində ağacları suvararkən elektrik xəttinin dəmir darvazaya dəyməsindən özünü, arvadı Sevinci və oğlu 7 yaşlı Əlini elektrik cərəyanı vurub. Hər 3 şəxs hadisə yerində dünyasını dəyişib.

Digər hadisələr isə bu rayonlarda baş verib:
Salyan rayonunun Qarağaclı kənd sakini Rafiq Göyçəyev Kür çayının kəndin ərazisindən keçən hissəsində çimərkən boğulub.
Səbail rayonundakı Badamdar qəsəbəsində yaşayan 14 yaşlı Samir Eyyubov hovuzda çimərkən boğulub.
Salyan rayonunun Kürqaraqaşlı kənd sakini Ələsgər Tağıyevin həyətində təmir işləri apararkən qonşusu Adil Quliyevi elektrik cərəyanı vurması nəticəsində ölüb.
Bərdə rayonunun Bəcirəvan kəndi ərazisində, Xanərəb kənd sakini Nicat Quliyev kanalda çimərkən boğulub.
Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki çimərlikdə, Bakı şəhər sakini Şəhriyar Mustafayev çimərkən boğulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 710

Oxşar yazılar