Şeyxin həbsdən çıxan qudası danışdı
15 avqust 2011 18:23 (UTC +04:00)

Şeyxin həbsdən çıxan qudası danışdı

0
Misirin keçmiş prezidentinin ailəsinin çirkli pullarının yuyulmasında ittiham edilən iş adamı Əli Evsen bu ittihamları rədd edib.


O, telefonla “Turan”a müsahibəsində baş verənlərə aydınlıq gətirib. Onun sözlərinə, banklardan birinin yanlış raportunun nəticəsində həbs olunub. Lakin bunun hansı bank olduğunu açıqlamayıb. Onun bildirdiyinə görə, iki həftədən çoxdur, azadlığa buraxılıb və buraxılması üçün hər hansı pul girovu ödəməyib. “Hazırda İspaniyadayam, təhqiqat işi isə davam edir. Çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi və korrupsiya kimi ittihamlar üzrə özümü təqsirli bilmirəm. Özüm də maraqlıyam ki, bu təhqiqat sona çatsın. İspaniyanı tərk etmək fikrində deyiləm”, - deyə Ə.Evsen bildirib.


Ə.Evsen Bakıda “Evsen Şirkətlər Qrupu”nun prezidenti, həm də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin qudasıdır.

O, uzun illər Azərbaycanda uğurlu biznes fəaliyyəti ilə məşğul olub, “Elit” Ticarət Mərkəzinin, nəqliyyat şirkətinin, digər müəssisə və firmaların sahibi olub. İki il əvvəl gözlənilmədən öz biznesini buraxaraq xaricə gedib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1252

Oxşar yazılar